Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

İraq ordusu Səlahəddin əyalətində "İŞİD"ə qarşı ən geniş əməliyyata start verib

İraq ordusu ölkə və ABŞ hərbi təyyarələrini müşayəti ilə Səlahəddin əyalətində “İslam Dövləti” terror təşkilatına qarşı ən böyük hərbi əməliyyatına başlayıb. İnterAz-ın Sumariya telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə Səlahəddin əyalətinin qubernatoru məlumat verib.

Bildirilib ki, İraq ordusu bir neçə saat ərzində Səlahəddində nəzərdə tutulmuş bölgələri tam nəzarətə götürəcək.

Məlumata görə, İraq ordusu Tikritlə Beyci arasında "İŞİD"in ən mühüm sığınacaqlarının olduğu əl-Həmra bölgəsini azad edib. Amma buna baxmayaraq, İraqın Ərəbistan, İordaniya və Suriya sərhəddində yerləşən əl-Ənbar əyalətində vəziyyət gərgin olaraq qalır.

Məlumata əsasən, İraq ordusu əl-Ənbar əyalətinin mərkəzi ər-Rəmadi şəhərində komendant saatı tətbiq edib.
921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 08:45