Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Araz Quliyev və İlham Hətəmov “kars”dan çıxdı

Araz Quliyev və İlham Hətəmov bu gün cərimə kamerasından buraxılıblar

Ramazan ayından "kars"a salınan baş redaktor Araz Quliyev cərimə kamerasından buraxılıb. Digər hicab məhbusu İlham Hətəmov isə cərimə kamerasından sabah buraxılacaq.

Bu barədə Cenubnews.com İnternet Qəzetinə məhbusların yaxınları məlumat veriblər.


Qeyd edək ki, Araz Quliyev və İlham Hətəmov iyul ayından "kars"da saxlanılır. Səbəb, 14 Saylı CÇM-də hər iki inanclının vəhabi təriqətinə mənsub olan digər məhbuslarla aralarında yaranan insidentdir. CÇM-nin rəhbərliyi mübahisəyə əsas səbəb olan vəhabiləri "kars"dan azad etsələr də iki inanclı ümumilikdə 3 ay müddətinə cərimə kamerasına salınıb.

Xatırladaq ki, Araz Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2012-ci il sentyabrın 8-də Masallı rayonunda yerli polis və icra orqanlarının qurduğu qondarma ittihamlarla, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə şərlənərək həbs edilib.

İlham Hətəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs edilib.Üçüncü “Hicaba azadlıq” aksiyasında 40-a yaxın şəxs həbs edilib. Aksiyaya görə həbs edilənlər Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinirlər. Təqsirləndirilən şəxslərin məhkəməsi qruplarla aparılıb.
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber