Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Bakıda türk fəhlələr etiraza qalxdı

Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən fəhlələrin etirazı davam edir. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Feysbuk hesabında məlumat paylaşıb. QHT sədri qeyd edib ki, etiraz edənlər Türkiyədən gələn 50 nəfər fəhlədir:
“Təşkilatımıza daxil olan məlumata görə, bu gün səhər, Bakı Olimpiya Stadionunun tikintisini reallaşdıran”OKR” Mühəndislik İnşaat Taahüt Elektrik Enerji Makinə Sanayi Ticarət Limited Şirkətində və ANEL şirkətində (stadionda elektrik, havalandırma və mexaniki işlər görən) işləyən 50-yə yaxın türk (əsasən elektriklər) qısa müddətli aksiya keçirib. Bu türk işçiləri artıq 2-3 aydır əmək haqqı ala bilmirlər. Rəsmi müraciət edə də bilmirlər.
Dediklərinə görə, sənədlərində çatışmamazlıq var. Rəhbərlik sabah və ya birigün əmək haqlarını ödəyəcəyinə söz verib. Yenə də işəgötürənlər tərəfindən ölkə qanunvericiliyi pozulur”.
Məsələ ilə əlaqədar sözügedən şirkətin nümayəndəliyi və ya məsul şəxslərilə əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı.
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16