Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

18 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 18-də gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber