Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Honkonqda yeni iğtişaşlar

Oktyabrın 18-ə keçən gecə Honkonqun mərkəzində aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verir.

BBC-nin verdiyi xəbərə görə, nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfər saxlanılıb.

Etirazçıların ən fəal hissəsini təşkil edən tələbələr hökuməti danışıqlara çağırıblar. Qeyd edək ki, Honkonq şəhər administrasiyasının rəhbəri Lyan Çjenyin danışıqlar masasına oturmağa razılıq versə də, görüşün vaxtını təyin etməyib.

Xatırladaq ki, Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Nümayiş iştirakçıları yerli administrasiya rəhbərliyinin xalq tərəfindən birbaşa seçilməsini tələb edir.
852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu