Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Bağdadda qanlı cümə: onlarla insan həlak oldu

Oktyabrın 17-də İraqın paytaxtı Bağdadın müxtəlif məntəqələrində bomba quraşdırılmış dörd avtomobilin partlaması nəticəsində onlarla insan həlak olub.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, əvvəl şəhərin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Bundan bir qədər sonra minalanmış avtomobil Bağdadın Mədinət-əs-Sədr bölgəsində partladılıb, 10 nəfər həlak olub, 20-dən çoxu yaralanıb. Üçüncü terror aktı şəhərin şərq hissəsində qeydə alınıb, burada 14 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Paytaxtın şimal hissəsində, əhalinin sıx olduğu küçədə baş vermiş partlayış nəticəsində isə 35 nəfər ölüb və yaxud yaralanıb.
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...