Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Sərhədimiz yaxınlığında öldürülənlərdən biri azərbaycanlıdır

Dərbənddə öldürülən üç şəxsdən biri Dərbənd azərbaycanlısıdır.

Mənbə öldürülən Elşən Salehovun milləyətcə azərbaycanlı olduğunu deyib. O, Salehovun Dərbənddə yaşadığını bildirib. Salehovun bir neçə il bundan öncə Dağıstan vəhhabilərinə, daha dəqiq desək, “Qafqaz İmarəti”nə qoşulduğu söylənilib.

Mənbə həmçinin Elşən Salehovun “Cənub qruplaşmasının tərkibində yer aldığını da vurğulayıb.

Qeyd edək ki, dünən Dərbənddə baş verən toqquşmalar zamanı öldürülən üç nəfərin adı bəlli olub. Öldürülən şəxslərin 1976-cı il təvvəllüdlü Maqomed Ramazanov, 1989-cu il təvəllüdlü Nəriman Əsgərov və 1986-cı il təvəllüdlü Elşən Salehov olduğu deyilib. Mücahidlərə yaxınlığı ilə seçilən “Kavkazcenter.com” saytı isə öldürülən şəxslərdən birinin həyat yoldaşına hadisədən əvvəl şəhərdən getmələri haqqında xəbərdarlıq edildiyini yazıb. Buna məhəl qoyulmadıqdan sonra isə onlara qarşı hücum təşkil edilib.

Onu da xatırladaq ki, Dağıstan mücahidlərinin rəsmi saytı Elşən Salehovun ruslar tərəfindən bir müddət öncə həbs edilib, döyüldüyünü və hətta atışmadan sonra fotolar çəkilən zaman onun əllərini belə açmadıqlarını iddia edib./axar/
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı