Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Qusarda polis ayağa qalxdı

Polislər 33 yaşlı kişini vuraraq ölümcül yaralayan sürücünü axtarırlar

Qusar rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRES-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza Yeni Düztahircal kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Finaddin Ağabəyov naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Hadisə şahidləri xəsarət alan F.Ağabəyovu Qusar Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Piyadanı vuraraq ölümcül yaralayan sürücü polis tərəfindən axtarılır.

Qeyd edək ki, faktla bağlı Qusar rayon polis şöbəsinin müstəntiqi Rəfail Tağıyev ətraflı məlumat verməkdən imtina edib.
2196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi