Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Arif Hacılı partiya üzvlərini barışığa çağırıb

Müsavat başqanı Arif Hacılı partiya üzvlərinə müraciət edib. A. Hacılı “Facebook” səhifəsində hər kəsi barışığa dəvət edib: “Əziz dostlar, Müsavat Partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə, unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım”.

A. Hacılı qeyd edib ki, əksər partiya üzvləri onun bu çağırışına qoşulsalar da, qarşılıqlı ittihamlar tam dayanmayıb: “18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq. Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək. Hər birinizi bir daha milli istiqlal günü münasibəti ilə təbrik edirəm”.
996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53