Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Sutka ərazində atəşkəs 11 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin saytının verdiyi xəbərə görə, Ermənistan silahlı bölmələri oktyabrın 17-də və 18-nə keçən gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

İşğalçılar Ağdam rayonunun Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı