Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Azərbaycanlı İraq ordusuna qarşı kamikadze əməliyyatı törədib

Əbu Abdullah əl-Azərbicani ləqəbli azərbaycanlı bir kamikadze İraqın Səlahəddin əyaləti ərazisində terror aktı törədib. Bu barədə İnterAz “İslam Dövləti” terror təşkilatının üzvlərinə məxsus "twitter" səhifələrinə istinadla xəbər verir.

Bildirilib ki, İraqın Səlahəddin əyalətində ordu qüvvələri Beyci şəhəri istiqamətində irəlilədiyi zaman əl-Həmrə adlanan bölgədə əsgərlərə qarşı kamikadze əməliyyatı həyata keçirilib. Kamikadze əməliyyatını Əbu Abdullah əl-Azərbicani ləqəbli bir terrorçu içində iki ton partlayıcı olan “Hummer” hərbi maşınını parlatmaqla həyata keçirib.

Mənbələr kamikadze əməliyyatı nəticəsində ordunun 4 hərbi texnikasının sıradan çıxdığını və bir neçə əsgərinin öldüyünü yazıblar.

Xatırladaq ki, “İslam Dövləti” terror təşkilatı cari ilin iyul ayının 20-də də Əbu Abdullah əl-Azərbicani adlı bir şəxs tərəfindən Tikrit-Samirə yolunda kamikadze əməliyyatının həyata keçirildiyini bəyan etmişdi.
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22
Qəssa