Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Müsəlman qadın Kanada hökumətini məhkəməyə verdi

Kanadada "örtülü olduğu üçün" vətəndaşlıq andı içdirilməyən Pakistan əsilli mühacir bir qadın Kanada dövlətini məhkəməyə verib. Türkiyə mətbuatı xəbər verir ki, Kanada konstitusiyasının və İnsan Hüquqları Bəyannaməsinin maddələrindən biri olan din və inanc azadlığının pozulduğunu bildirən Zunera İshaqın vəkilləri bu qadağanın bəzi insanların şəxsi ideologiyaları olduğunu deyiblər. Vəkillər Məşğulluq naziri Cason Kenneyin diktator kimi davrandığını deyiblər. Nazir isə özünü Tvitter hesabından müdafiə edib. 37 min izləyicisindən bu məsələ ilə bağlı doğru edib-etmədiyini soruşan nazirə müsbət və mənfi cavablar gəlib.

Qeyd edək ki, hazırda Kanadanın Məşğulluq naziri olan Cason Kenney, Vətəndaşlıq və İmmiqrasiya naziri olduğu 2011-ci ildə müsəlman qadınların vətəndaşlıq and mərasimi vaxtı örtülü olmalarına qadağa qoymuşdu./modern/
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP