Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Suriya müxalifətinin İsraillə əlaqələri ifşa edildi

Suriya müxalifət liderilə İsrail rəsmisi arasında “isti” görüş keçirilib

Islamazeri.az – ın “Mehr News” a istinadla verdiyi xəbərə görə, Türkiyənin İstanbul şəhərində Suriya müxalifət lideri Ədnan Məhəmmədlə işğalçı İsrail parlamentinin üzvü arasında görüş keçirilib.

Bu barədə məlumatı sionist rejimin “Vala news” saytı aşkara çıxarıb. Tərəflər arasındakı görüş 1948-ci ildə işğala məruz qalan Neqev ərazilərinin İnkişafı Nazirinin müavini Əyyub Kara tərəfindən təşkil edilib.

Məlumat üçün bildirək ki, tərəfləri təmsil edənlər Suriya tərəfdən müxalif Milli Koalisiyasının rəhbəri Məhəmməd Ədnan, İsrail tərəfdən isə işğalçı rejimin “Şas” partiyasının sədri Yakob Marji iştirak edib.

Görüş zamanı İsrail nümayəndəsi “Suriya rejimi öz xalqına qarşı döyüşür, İsrail Suriya xalqı üçün sülh istəyir” tipli ifadələr işlədib. Suriya müxalifət lideri isə İsraili düşmən hesab etmədiklərini, Suriya müxalifətinin Bəşər Əsədə, İrana və Livan “Hizbullah”ına qarşı vuruşduğunu dilə gətirib.

Görüşün təşkilatçısı Əyyub Kara Suriya-İsrail əlaqələrinin yaxşılaşması üçün bu cür görüşlərin davamlı olmasının zəruriliyini ifadə edib.
1995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50