Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Türkiyədə 200 000 nəfər işini itirəcək

Antalya vilayətində turizm mövsümünün sonunda turizm obyektlərinin 70 faizinin bağlanması nəticəsində, təxminən 200 000 iş yeri ləğv olunacaq. Trend-in "Hurriyet daily news" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə turizm assosiasiyasının (TUROFED) rəhbəri Osman Ayık deyib.
Onun sözlərinə görə, turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə səkkiz faiz artıb.

Türkiyə Statistika İnstitutunun (TUIK) məlumatına əsasən, bu ilin üçüncü rübündə turizmdən daxil olan gəlirlər 11.5 milyard dollara qədər artıb ki, bu artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.7 faiz artıqdır.
Bundan öncə xəbər verildiyi kimi, Türkiyənin bank nəzarəti orqanı (BDDK) turizm sahəsində kredit kartlarının istifadəsinə məhdudiyyətlər verməyi planlaşdırır.
"Biz ölkədə illərlə turizm sektorunu dirçəltməyə çalışmışıq, lakin BDDK-nın nəzərdə tutulan hərəkətləri həmin sektora mənfi təsir göstərəcək", - Ayık deyib. /Milli.az/
2187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi