Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

İŞİD qadınlardan "qorxur"

"Terrorçular bizi görən kimi, nəyin bahasına olursa-olsun, dərhal öldürmək istəyirlər. Onlar hamıdan çox nifrət edirlər".
Suriyanın şimalındakı Kobani şəhərində "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularına qarşı vuruşan yerli kürd silahlı dəstələrinin tərkibindəki qadınlar belə deyirlər.

Kobanini hazırda kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölməsi olan PYD və YPG dəstələri müdafiə edirlər.
YPG sıralarında yüzlərlə kürd qadın var.

Onlar Kobanidəki küçə döyüşlərində ərləri, qardaşları və oğulları ilə birlikdə vuruşurlar.
Vəhhabi İŞİD-çilər də bu qadınlardan çox qorxurlar. Çünki vəhhabilərin inancına görə, döyüşdə qadının əlindən ölən "müsəlman kişi cənnətə düşmür".
Bu səbəbdən də vəhhabilər kürd qadınları küçə döyüşlərində məhv etməyə və onların açdığı atəşdən həlak olaraq "cənnətə düşməmək" ehtimalını minimuma endirməyə çalışırlar.

Kürd qadınlar da bunu bilirlər.
"O şərəfsizlər bizdən it kimi qorxurlar. Görən kimi öldürməyə, yaralayanda isə başımızı kəsməyə çalışırlar. Ona görə də əsas silahdan əlavə, yanımızda həmişə əlavə silah olur ki, gülləmiz qurtaranda və ya yaralananda özümüzü vuraq, itlərin əlinə sağ düşməyək", - YPG mənsubu Nəsrin Abdi deyib.

20 yaşlı Nəsrin Dəməşq Universitetinin tibb fakültəsində oxuyurdu. Amma Suriyada vətəndaş müharibəsi başlanandan bəri doğma şəhərinə qayıdaraq YPG-yə qatılıb.
844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...