Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2014

Bakıda bomba həyəcanı

Fövqəladə Hallar Nazirliyinə Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub. FHN-in saytının verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçiriblər. Müəyyən olunmuşdur ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 01:25-də başa çatıb.
743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16:51