Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2014

“iPhone 6” üçün yeni “Skype” göstərildi

"Microsoft" şirkəti "Skype 5.6"nın "iPhone 6" və "iPhone 6 Plus"u dəstəkləyən relizini anons edib.

"ICTnews"un məlumatına görə, hər iki smartfon müxtəlif ölçülərə malikdir, müvafiq olaraq 1334x750 piksel və 1920x1080 pikseldir, buna görə də tərtibatçılar vahid həll yaratmaq üzərində çox çalışıblar.

"iOS" üçün "Skype" həmişəki kimi "iPhone 4"ü və köhnə "iPad"ı dəstəkləyir. Lakin bu il yeni "iPhone 6" buraxıldıqdan sonra komanda yeni iki qurğu üçün əlavəni optimallaşdırmaq tələb olduğu ilə bağlı qərara gəlib.

Bu, artıq "Skype"ın yaxşılaşdırılmış və yenilənmiş "iOS 8"i nəzərə almaqla buraxılmış ikinci relizidir, belə ki, bu versiyada istifadəçilərin şikayət etdiyi səhvlər düzəldilib.

"Skype" hazırda "Apple" şirkətinin bütün aktual smartfonlarının ölçülərini dəstəkləyir, yəni həm "iPhone 4"də həm də "iPhone 6 Plus"da əsas versiya kimi görünür.
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38