Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2014

İran Livana hərbi yardım etməyə hazırdır

İran Livana hərbi yardımlar edilməsi üçün görüşlərə artıq başlayıb.

İRNA xəbər verir ki, paytaxt Tehranda Livanın Müdafiə nazirinin müavini Semir Mukbil ilə İran Müdafiə naziri Hüseyin Dehkan hərbi yadımlar barədə görüşə başlayıblar.

Görüş zamanı İranın Müdafiə naziri Livanın təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcələklərini bildirib:

“Bölgədəki terror qruplaşmaları və sionist İsrailə qarşı müqavimət xəttinin ən önündə yer alan Livan ordusu dəstəklənməlidir. Buna görə də Livan ordusu daha müasir hərbi təchizat və silahlarla təmin olunarsa, ölkənin güvənini pozmaq istəyən terrorçulara qarşı bir o qədər güclü olarlar”.

Xatırladaq ki, keçən ay Livana səfər edən İran Milli Təhlükəsizlik Şurası katibi Əli Şəmxani ölkəsinin Livana yaxın gələcəkdə hərbi təchizat və silah yardımı edəcəyini bildirmişdi.
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber