Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

İraqda silsilə partlayış

İraqın paytaxtı Bağdadda və Fəllucədə həyata keçirlən bombalı hücumlarda çox sayda insan dünyasını dəyişib.

Hər gün bombalı hücumlara məruz qalan İraqın paytaxtı Bağdad, ötən gün də eyni taleyi yaşayıb. Belə ki, Fəllucə şəhərinə bağlı Əmiriyyə nahiyəsi məclis sədri Şaki Mahmud Anadolu Agentliyi müxbirinə verdiyi açıqlamada nahiyənin cənubunda bir bombalı hücumun təşkil edildiyi və hadisə zamanı hərbi komandirlərdən birinin 2 mühafizəçisi ilə öldüyünü bildirib.

Partlayışlar paytaxt Bağdadda da səngimək bilməyib. Paytaxtın Xarisiyə bölgəsində baş verən başqa bir partlayışda 18 nəfərin öldüyü, 31 nəfərin isə yaralandığı deyilir.

Bundan başqa, Bağdadın qərbindəki Zeydan bölgəsində də naməlum bir qrup tərəfindən hərbi mövqelərin nişan alınaraq 7 hərbçinin öldürüldüyü, 19-nun isə yaralandığı qeyd edilir./ans/
909 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu