Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

Havalar soyuyur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oktyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı açıqlayıb.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi 20-25 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var, gündüz 10-15 m/s, arabir 18 m/s.

Havanın temperaturu gecə və gündüz 10-14° isti, Bakıda gecə və gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 13-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, gecə dağlarda sulu qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi 5-10 m/s, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber