Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Eks-prezidentin həbs müddəti uzadıldı

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin həbs müddəti beşinci dəfə otuz günlüyünə uzadılıb.

Mühakimə qaynaqlarından alınan məlumata görə, Mursi haqqında 25 yanvar 2011-ci il inqilabı zamanı ““Vadi Natrun” həbsxanasından qaçmaq və həbsxananı qəsdən yandıraraq məhkumların qaçmasına səbəb olmaq” ittihamları ilə açılan cinayət işini araşdıran hakim Həsən Səmir, Mursinin həbs müddətinin daha otuz gün uzadılmasına qərar verib.
Xatırladaq ki, Mursinin məhkəməsi “”Vadi Natrun” həbsxanasından qaçmaq və həbsxananı qəsdən yandıraraq məhkumların qaçmasına səbəb olmaq”, “məhkumları qaçırmaq”, “həbsxananın sənədlərini məhv etmək”, “Həmas ilə əməkdaşlıq edərək, casusluq fəaliyyətləri göstərmək”, “hərbi qurumlara hücum etmək” və “dövlət malına zərər vermək” ittihamları ilə davam edir.
1981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber