Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

Azərbaycanda vaqon məktəblər - (Fotolar)


İldırım sürəti ilə inkişaf edən vətənimizdə YAP məktəbi
XXI əsrdə səslənməsi qəribə görünsə də, hələ də vaqonda yerləşən məktəblər var.

Belə məktəblərdən biri də Bərdədə dəmir yol vağzalında yerləşən Ağdam köckün məktəbidir. Bu ərazidə bir necə il bundan əvvəl Qarabağdan didərgin düşən məcburi köçkünlər məskunlaşıb. Vaqonlarda yaşayan məcburi köckünlər yeni tikilən qəsəbələrə köcürülsə də məktəb yerində qalıb. Burada faliyyət gösətərən Təhsil Nazirliyinin Ağdam 122 saylı köckün orta məktəbi isə əraziyə qoyulmuş bir neçə yük vaqonuna sığınıb.

Yerli sakinlərin sözlərinə görə, 15 ildən coxdur ki, Dəmir yol vağzalında yerləşən bu məktəb 4 vaqondan ibarətdir. Vaqon məktəbdə nə kompüter otağı, nə idman zalı, nə də ki idman meydançası var.

Məktəbin tualeti də yox vəziyyətindədir.

Məktəbdə Ağdamdan və işğal altında olan digər ərazilərdən olan məcburi köçkün uşaqlar təhsil alır. Vəziyyət nə qədər ağır olsa da, vaqon məktəb iş qrafikinə uyğun faliyyət göstərir./qafqazinfo/

1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat