Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

İran jurnalist Türkiyədə sui-qəsd nəticəsində ölüb

Türkiyədə İran televiziyasının jurnalisti yol qəzasına düşərək həlak olub.

İnterAz-ın məlumatına görə, ingilis dilində yayımlanan “PressTV” kanalının regional müxbiri Serena Şim Türkiyənin Suruç bölgəsində yol qəzasında həyatını itirib. “PressTV” rəhbərliyi qəzanın motivlərinin şübhəli oludğunu bildirərək rəsmi Ankaranın jurnalistə qarşı sui-qəsd təşkil etdiyini bildirir.

Məsələyə münasibət bildirən bəzi siyasi şərhçilər də bunun sui-qəsd olduğu qənaətindədir.

Bildirək ki. Livan əsilli Amerika vətəndaşı olan Serena Şim Suriyanın Kobani şəhərindəki silahlı toqquşmalar barədə reportajlar hazırlamaq üçün Türkiyədə olub. O, dünən Kobani sərhədində çəkilişləri yekunlaşdırdıqdan sonra Suruçda qaldığı otelə yollanıb. Yolda olarkən onun avtomobili qarşıdan gələn yük maşını ilə toqquşub. Yük maşınının sürücüsünün kimliyi hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, ölümündən iki gün əvvəl televiziya rəhbərliyinə verdiyi məlumatda S.Şim bildirib ki, Türkiyə xüsusi xidmət orqanının əməkdaşları ona yaxınlaşaraq sorğu-suala tutublar və onu casusluqda ittiham ediblər. İttihamları “təəccüblü” adlandıraraq rədd edən S.Şim TV rəhbərliyinə Türkiyə kəşfiyyatı tərəfindən həbs olunacağından ehtiyatlandığını da bildirib.

Bildirək ki, Serena Şim hazırladığı reportajlarda əsasən, Türkiyə hökumətinin kürdlərə qarşı münasibəti, Kobani döyüşündə qərəzli mövqe tutması, rəsmi Ankaranın “İŞİD” terror təşkilatı ilə əməkdaşlığı, Türkiyədə yerli nümayişçilərə qarşı polis zorakılığı kimi mövzuları işıqlandırıb.
1140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber