Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Bəhreyndə Hüseyn (ə) əzadarlarına hücumlar davam edir

Bəhreynin aparıcı müxalifət partiyası olan “Əl-Şəfaq”, həmçinin ölkənin əsas hüquq müdafiə təşkilatları Bəhreynin kral rejiminə bağlı təhlükəsizlik qüvvələrinin ölkədə Məhərrəm-Səfər əyyamını yaşadan Hüseyn (ə) əzadarlarına qarşı hücumlara başladığını bildirib.

Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, “Əl-Şəfaq” partiyası, habelə Bəhreyn İnsan Haqları Mərkəzi və Bəhreyn Gənclərin Hüquqlarını Müdafiə İctimai Birliyi bəyan edib ki, bir sıra rayonlarda təhlükəsizlik qüvvələrinin əməkdaşları əzadarlıq məclisləri təşkil edən Əhli-beyt (ə) ardıcıllarına hücumlar edib.

Diktator rejimə bağlı qüvvələr Hüseyn (ə) əzadarlarının bayraq və banerlərini əllərindən alıb, İslam mərkəzlərinə hücum edib və tədbirlərin keçirilməsinə imkan verməyib.
2209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP