Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

Kərbəlanın mərkəzində ardıcıl 3 maşın partladılıb: 14 ölü, 40 yaralı - Foto

Müqəddəs Kərbəla şəhərində 3 minalanmış maşın partladılıb. İnterAz-ın “SumariyaNews”a istinadla verdiyi xəbərə görə, minalanmış maşınlar müqəddəs Kərbəla şəhərinin mərkəzi küçələrində partladılıb. Partlayışlardan biri izdihamlı Meysəm Təmmar küçəsində törədilib.

İlkin xəbərlərə görə, partlayışlar nəticəsində14 nəfər həlak olub və 40-dan çox insan yaralanıb. Bəzi mənbələr isə 3 deyil, 4 silsiləvari partlayışın həyata keçirildiyini yazıblar.

Qeyd edək ki, Kərbəla şəhəri təhlükəsizlik baxımından İraqın sabit şəhərlərindəndir. Terror aktlarının bu şəkildə baş verməsi ölkədə terror təhlükəsinin maksimum həddə çatdığını göstərir.



1242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat