Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

"Heç, heyvan da belə etməz" – "İŞİD" zülmlərinin şahidi

 “İslam dövləti” terror qruplaşmasının Suriyada dinc kürdlərə qarşı törətdikləri vəhşiliklər barədə yeni məlumatlar üzə çıxıb.

İnterAz-ın məlumatına görə, kürd insan haqları fəallarından biri öz həyat yoldaşıyla Türkiyə ərazisinə keçərək “Russia Today” müxbirinə bu barədə xeyli video görüntülər və foto faktlar təqdim edib. Materialların hamısı “İŞİD” terrorçularının dinc əhaliyə qarşı törətdikləri ağlasığmaz işgəncələrdən bəhs edib.

Bəzran Xəlil şahid olduqları “İŞİD” zülmünün bir qismini bir neçə ay boyunca video və foto kamera vasitəsilə çəkiblər. Onun sözlərinə görə, “İŞİD” Kobaniyə daxil olarkən evlərin birində daun sindromlu bir nəfərin başını kəsib: “Orada tanıdığımız daun sindromlu bir şəxs yaşayırdı. O, heç nə başa düşmürdü, ərazidən qaça da bilməmişdi, hətta atışma zonasını da tərk etməyi bacarmırdı. “İŞİD” üzvləri çatanda onu tutdular və başını kəsdilər. Onlar xəstə adamın kəsilmiş başıyla şəkillər çəkib “biz kafiri öldürdük” başlığıyla internetdə paylaşdılar.”

B.Xəlil terrorçuların kimyəvi silahdan istifadə etdiklərini bildirir. Bunu sübut etmək üçün o, Kobani morqundakı meyitlərin şəkillərini çəkib. Həmin meyitlər ağ fosfor bombasıyla yanmış halda olublar. Onun sözlərinə görə, kimyəvi maddə dəriyə nüfuz etdiyi təqdirdə qan-damar sisteminə bulaşır və qurbanın içalatını daxildən yandırmağa başlayır.

Bəzran Xəlil daha sonra elektrik cərəyanıyla öldürülən məktəbli uşaqlardan danışıb. O, bildirib ki, may ayında 9-cu sinif şagirdləri imtahan vermək üçün Hələbə yollanmışdılar. Yolda həmin uşaqlar təkfirçilər törəfindən oğurlandı. Uşaqlar məscidlərin birinə aparılaraq zorla Quran və şəriət oyrədilməyə məcbur edildilər. Materialları sürətlə mənimsəyə bilməyən uşaqların bədəninə elektrik naqilləri toxundurmaqla onları bu yolla qəddarcasına öldürdülər.

“Heç, heyvanlar da belə etməz” – deyə, Bəzran Xəlil müsahibəsində “İŞİD” təkfirçilərinə öz nifrətini bildirib. 

 



1606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı