Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

Daha bir BMT əməkdaşı "Ebola"-nın qurbanı oldu

Syerra-Leonedə Ebola virusunun törətdiyi xəstəlikdən vəfat edib. “İTAR-TASS”-ın verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, ölən əməkdaşın yoldaşı xəstəxanaya yerləşdirilib.

“Yaranmış şəraitdə personalın maksimum təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür. Tədbirlər sırasına xəstənin olduğu xəstəxananın dezinfeksiyası, həmçinin, onun təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi daxildir.

Məlumata görə, BMT-nin ölən əməkdaşı Syerra-Leone vətəndaşıdır.


Qeyd edək ki, bu, Ebola xəstəliyindən ölən 3-cü BMT əməkdaşıdır. Bundan əvvəl, beynəlxalq təşkilatın 2 əməkdaşı Liberiyada Ebola-dan vəfat etmişdi.
939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP