Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

“İŞİD” cəmi 10 kiçik neft yatağına nəzarət edir

“İŞİD” terror qruplaşmasının silahlıları İraq və Suriya ərazisində nəzarət etdikləri yataqlarda maksimum 80 min barel neft hasil edirlər.

Bu barədə “RİA Novosti”-yə Bəhreyn beynəlxalq strateji araşdırmalar mərkəzinin direktoru Xalid ər Rüveyxi.

“İŞİD”in İraq və Suriyada neft yataqlarını ələ keçirməsinin neftin qiymətinə təsiri məsələsinə toxunan Xalid ər Rüveyxi qeyd edib ki, İŞİD cəmi 10 kiçik neft yatağına nəzarət edir və bu yataqlardan gün ərzində maksimum 80 min barel neft hasil edir.

İraqda neft hasilatı, əsasən, ölkənin cənubunda, Bəsrə yaxınlığında aparılır. Burada gündəlik 2,5 milyondan çox neft hasil olunub.

Buna baxmayaraq, Xalid ər Rüveyxi qeyd edib ki, İŞİD-in İraq və Suriyada geniş ərazilər ələ keçirməsi neftin qiymətinə dolayısı təsir edir, çünki, bu, neft istehsalatının təhlükəsizliyi ilə bağlıdır. Ekspert, həmçinin, İraqdakı vəziyyətin gərgin olduğunu bildirərək qeyd edib ki, əgər terrorçular mərkəzi Ənbar əyalətini ələ keçirərlərsə, bu İraqda neftin hasilatına və ixracına olduqca mənfi təsir edəcək.
984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı