Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

“Total” neft şirkətinin prezidenti təyyarə qəzasında ölüb

Moskvada təyyarənin qəzaya uğraması nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti ölüb

Moskvanın “Vnukovo” aeroportunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Bu gecə “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Mən sərnişinin “Total” şirkətinin rəhbəri Kristof de Marjeri olduğunu təsdiqləyirəm”, deyə “Vnukovo” aeroportunun nümayəndəsi Yelena Krılova bildirib.

Aeroportun fəaliyyəti artıq bərpa olunub./apa/
1054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
Go to TOP