Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

"İsrail cəmiyyəti xəstədir"

"İsrail cəmiyyəti xəstədir və müalicəyə ehtiyacı olduğunu etiraf etməyin vaxtıdır". Bu sözləri işğalçı İsrailin qondarma prezidenti Reuven Rivlin İsrail Elmlər Akademiyasında keçirilən "Əcnəbi düşmənçiliyi və digərlərinə dözüm" adlı konfransda deyib.

"İsraildəki ərəblər və yəhudilər arasında gərginlik pik həddə çatıb. Fərqli fikirlər arasındakı münasibətlər isə ən aşağı səviyyədədir. Zorakılıq xəstəliyi sadəcə cəmiyyətin müəyyən bir hissəsi ilə məhdud deyil, bütün sahələrdə özünü göstərir".

Qondarma Prezident həmçinin, sosial şəbəkədə müəyyən bir qrupun fikirlərinə uyğun olmayan paylaşımların hücuma və təzyiqə məruz qaldığını ifadə edib.

"Hər iki tərəfdə də şok edici zorakılıq hallarına şahid olduq. Futbol stadionlarında olduğu kimi, akademiyada da zorakılıq halları var. Sosial şəbəkədə, xəstəxanalarda və məktəblərdə zorakılıq var. Biz yəhudi olmağımı unutduq - deyə soruşmayacağam. Bunun yerinə, insan olmağımı unutduq? - deyə soruşuram. İsrailli akademiklərin cəmiyyətdəki zorakılığı azaltmaqda çox əhəmiyyətli rolu olacağını fikirləşirəm".
921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP