Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

İran və "Hizbullah" Kərbəlada törədilən terror aktlarını kəskin pisləyiblər

İran xarici işlər nazirliyi dünən Kərbəlada törədilən terror aktlarının bir daha baş verməməsi üçün beynəlxalq ictimaiyyəti radikalizm və təkfirçilik qarşısında sərt və köklü reaksiya göstərməyə çağırıb.

İnterAz-ın İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, İran xarici işlər nazirliyi verilən bəyanatda İraq hökumətinə terrorla mübarizədə tam dəstək verdiyini bəyan edib.

“Hizbullah” təşkilatı da öz növbəsində İraqda törədilən terror aktlarını pisləyərək təkfirçiliyə qarşı mübarizənin köklü şəkildə aparılmasını istəyib.

Qeyd edək ki, dünən Kərbəla şəhərində 4 minalanmış maşın partladılıb. Terror aktında 15 nəfər həlak olub 30-dan artıq yaralanıb.
1022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
</