Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

Əsəddən İŞİD-ə ağır zərbə: 50 ölü

Suriya Hərbi Hava Qüvvəsinə məxsus təyyarələr İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına mövqelərinə aviazərbələr endirib.

Bu barədə Rusiya KİV-i xəbər verir.

Aviazərbələr Hama vilayətinin Morək şəhərində endirilib. Əsəd qüvvələrinin uğurlu əməliyyatı nəticəsində 50-dən çox İŞİD yaraqlısı məhv edilib. Onlarla yaralı var.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber