Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

Kəlbəcərli girovlarımızın qətli tələb edildi

Kəlbəcərdə oğlu naməlum şəraitdə dünyasını dəyişmiş erməni qadın Karine Çakalyan bunun əvəzinə erməni girovluğunda olan azərbaycanlıları öldürməyi tələb edib.

Kəlbəcərdə iyulun 15-də meyiti tapılmış Smbat Çakalyanın anası işğalçı rejimin oktyabrın 27-də başlayacaq məhkəmə öncəsi deyib: "Onlar da mənim oğlumun taleyini yaşamalıdırlar. Onlara həyat bəxş etmək, türmədə saxlamaq, yedizdirmək və içizdirmək həddindən böyük rəhmdillikdir".

Karine iddia edir ki, Smbatı meşədə məhz azərbaycanlılar öldürüblər, öldürməzdən öncə də pulunu və yeməyini əlindən alıblar. Əslində isə qadının oğlunu kimin öldürdüyü bəlli deyil. Sadəcə, işğalçı rejim doğmalarının qəbrini ziyarət etmək üçün öz vətənlərinə getmiş Şahbaz Quliyev və Dilqəm Əsgərovun kütləvi edamını təşkil etmək, onların yoldaşı olmuş Həsən Həsənovun qətlinə bəraət qazandırmaq üçün onların üzərinə yalan ittihamlar yağdırır. Bu azmış kimi onların üzərinə iyulun 11-də Vardenis rayonunda öldürülmüş Sarqis Abramyanın və Karine Davtyanın qətlini yıxır.

Amma bu məsələdə işğal edilmiş Kəlbəcərə Ermənistandan köçürülmüş və geri qayıtmaması üçün pasportdan məhrum edilmiş Karine Çakalyana bir sual vermək doğru olar? Əcəba, bəs Kəlbəcərdə öldürülmüş, evindən çıxarılmış, əmlakından məhrum edilmiş on minlərlə azərbaycanlının faciəsinin baiskarlarına biz nə etməliyik? Özünə insan deyən, əslində isə bir dəstə canlı yığını olan erməni toplumu necə olur ki, bu qədər günaha haqq qazandıra bilir? Karine Çakalyan əmin olsun ki, bir gün gələcək və cinayətkar yığını olan erməni toplumu layiqli cəzasını alacaq./ans/
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı