Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

Kadırov İŞİD-in liderini axtarır

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun adamları İŞİD terror qruplaşmasınınm lideri Əbubəkr Əl-Bağdadinin axtarışlarını davam etdirir.

RİA xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə R.Kadırovun özü jurnalistlərə açıqlamasında deyib.

“İŞİD quldurlarının başçısı Əbubəkr Əl-Bağdadi bir dəfə haradasa xütbə ilə çıxıb və bundan sonra yox olub. Mənim insanlarım onu məhv etmək üçün axtarırlar. Amma o heç yerdə yoxdur”, - deyə Kadırov vurğulayıb.

Çeçenistan Respublikasının prezidenti bildirib ki, respublikadan bu təşkilata qoşulmaq üçün gedən şəxslərə geri qayıtmaq üçün yol olmayacaq: “Biz gənclərə başa salırıq ki, bu, cinayətkar qruplaşmadır, onların arxasınca getmək özünü və müsəlmanlar qardaşlarını öldürməkdir”./Publika/
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP