Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

12 noyabrda gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 8-12°, gündüz 13-17° isti, Bakıda gecə 9-11°, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
 bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperaturun gecə 2-7°, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacaq.

Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaq.

Temperaturun gecə 5-9°, gündüz 12-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
 arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.

Temperatur gecə 4-8°, gündüz 9-14° isti, dağlarda gecə 0-4° , gündüz 4-8° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
 əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaq.

Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq, səhər dağlarda duman olacaq.

Temperaturun gecə 8-11°, gündüz 12-16° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əlverişlidir./azərtac/
1744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber