Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Xərçəngə yoluxmamaq üçün nə yeyək?

Qida vərdişi ilə bədxassəli şişlər arasında birbaşa əlaqə var. Bu səbəbdən də bu ağır xəstəliyə yoluxmamaq üçün mümkün qədər faydalı qidalar qəbul etmək gərəkdir.

Bəzi qidalar xərçəng hüceyrələri ilə mübarizədə orqanizmə kömək edir. Belə qidalardan biri də pomidordur. Onun tərkibində karotinoid likopin maddəsi var. Həmin maddə sayəsində orqanizmdən azad radikallar çıxır ki, bu da xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Pomidorun termik emalından sonra likopin miqdarı böyüyür.

Xərçəngə qarşı ən effektiv mübarizə aparan qidalardan biri də kələmdir. Kələmin tərkibindəki maddələr xərçəngə yol açan zəhərli maddələri orqanizmdən kənarlaşdırır. Qoz da xərçənglə mübarizədə effektivdir. Gün ərzində bir neçə qoz prostat xərçənginin və süd vəzi xərçənginin qarşısını ala bilər. Mədə-bağırsaq xərçənginin qarşısını almaq üçün isə sarımsaq kifayət edir.

Xərçənglə mübarizə üçün effektiv olan qidalar sırasına giləmeyvə, paxla, zeytun yağını da daxil etmək olar.
1090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16