Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

İran İraqa hərbi müşavirlər və silahlarla yardım edəcək

İran prezidenti Həsən Ruhani İŞİD qruplaşması yaraqlılarına qarşı mübarizədə qonşu İraqa İranın uzun müddətli köməyini vəd edib.

Həsən Ruhani ölkədə səfərdə olan İraqın Baş naziri Hayder Əl-İbadiyə onun hökumətinin Bağdada “ilk gündən dəstək verib, son günə qədər bu yolda qalacağını” deyib.

İran prezidenti region ölkələrinin terrorizmə qarşı vahid və əlaqələndirilmiş şəkildə mübarizə aparmalı olduğunu deyib. O, İranın İraqa hərbi müşavirlər və silahlarla yardım edəcəyini deyib.

Cənab İbadi terrorizmin region ölkələri üçün təhlükə və İranın İraqla birgə dayanacağına əmin olduğunu deyib. O deyib ki, İranı xarici səfər üçün ilk ölkə olaraq seçməsi iki ölkə arasında dərin münasibətlərə işarə edir.
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48<