Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Xaçmazda parkda intihar - Video

Videofakt var, amma polis inkar edir
 
Xaçmaz şəhərində dəhşətli hadisə baş verib. Şəhərin mərkəzi hissəsində yerləşən H.Əliyev parkında naməlum şəxs özünü doğrayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum şəxs öncə parka gələrək qışqırmağa başlayıb. Daha sonra soyunaraq ülgüclə bel, boyun, qol nahiyyələrinə ciddi xəsarət yetirib.
Polis müdaxiləsi nəticəsində intihar edən şəxs dərhal xəstəxanaya yerləşdirilib. Gəncin hansı səbəbdən özünü doğradığı bilinmir. O özü də heç bir iddia səsləndirməyib.
Xaçmaz Rayon Polis İdarəsinin növbətçi hissəsi hadisə barədə məlumatlı olmadıqlarını bildirib: "Bu barədə idarəmizə hər hansı məlumat daxil olmayıb. Ola bilsin ki, hadisə Xaçmazda baş verməyib. Belə olsaydı, idarə müvafiq tədbirlər görərdi”./axar/
 
 
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber