Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Həmid Herisçi “Şəxsiyyət vəsiqəsi” hazırlayır

Yazıçı-konspiroloq, bir neçə telelayihənin müəllifi Həmid Herisçi tamaşaçıların qarşısına yeni layihə ilə çıxır. Publisist ans telekanalında hər həftənin bazar günləri yayımlanacaq “Şəxsiyyət vəsiqəsi” intellektual tok-şousuna hazırlaşır.

Bu verilişdə tarixi şəxsiyyətlərin müzakirəsi, keçmişə və bugünkü cəmiyyətə baxış polemika mövzusu olacaq. Teledebatda tanınmış yazarlar, siyasətçilər iştirak edəcəklər.
H.Herisçinin sözlərinə görə, “Şəxsiyyət vəsiqəsi” proqramı başqalarından fərqlənəcək: “Oktyabrın sonlarında çəkiliş olacaq. Noyabrın əvvəlində efirə çıxacağıq. Hər həftənin bazar ertəsi efirə gedəcək.

Biz çalışacağıq ki, bütün tərəfləri dəvət edək, müzakirələr açaq. Tok-şounun yekununda səsvermə olacaq və müzakirə ilə bağlı tərəflərin fikirləri qeyd olunacaq. Bu veriliş hardasa “Dahilərin divanı”nın davamı olacaq".

Müəllif “Gizli Azərbaycan” proqramındakı mistikanı yeni layihəsinə də daşımaq fikrindədir: “Mənim üçün "Gizli Azərbaycan" mövzusu qapanmayıb, yeni layihədə də bu mövzulara toxuna bilərik. Hamını verilişdə iştirak etməyə çağırıram. Bizim layiqli qonaqlarımız olacaq. Xalqı, cəmiyyəti düşündürən mövzular müzakirə ediləcək".
1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...