Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi

İlk növbədə demək lazımdır ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi çox ciddi və mütləq şəkildə müalicə tələb edən xəstəlikdir.
Müalicə olunmayan xora xəstəliyi çox ağır fəsadlar verə bilər.
Xora xəstəliyinin əsas simptomlardan biri ağrılardır. Xəstə mütləq qastroenteroloqa müraciət etməli, lazım olan müayinələrdən keçməli və müalicə almalıdır. Bu xəstəlik zamanı pəhriz də böyük müalicəvi rol oynayır.
Xora xəstəliyi zamanı bəzi xalq təbabəti üsullarından istifadə edilməsi çox yaxşı effekt verir. Bunu ənənəvi tibb də təsdiq edir və müalicə zamanı istifadə edir. Nəzərinizə çatdıraq ki, bütün bu üsullar yalnız əsas müalicə ilə birlikdə və yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra istifadə oluna bilər.

Beləliklə, xora xəstəliyi zamanı bu kimi xalq təbabəti vasitələri istifadə oluna bilər:

- Yulaf mədənin və 12 barmaq bağırsağın selikli qişasını çox uğurla müalicə edir. 1 stəkan yulaf 2,5 l qaynar su əlavə olunur və vam odda qarışdıra-qarışdıra 45 dəqiqə ərzində bişirin. Alınmış duru selikli mayeni (kisel) gün ərzində için. Kiselə bal da əlavə etmək olar. Belə kisel həm də müxtəlif vitamin və mikroelementlərlə də zəngindir.
- Yulaf yarmasından ("herkules") olan sıyıqlar da xora xəstəliyi olan insanlar üçün çox xeyirlidir. Axşamdan yulaf yarmasını suda isladın, səhər vam odda bişirin və bir qədər kərə yağı və bal əlavə edib qəbul edin.
- Kətan toxumları selikli qişada olan xoraları və eroziyaları uğurla sağaldır. Kətaə toxumlardan duru kisel bişirin və gün ərzində 2-3 stəkan olmaqla için.
- Kalendula və çobanyastığı dəmləmələri də çox yaxşı müalicəvi effekt verir. Bu bitkilər güclü antiseptik təsirinə malikdir. Çobanyastığı həm də sakitləşdirici təsirə malikdir (xora xəstəliyin səbəblərindən biri uzunsürən stresslər, həyacanlamalar qeyd olunur).
Belə bir dəmləmə də çox faydalıdır: çobanyastığı, nanə, çökə, razyana (hər otdan 1 çay qaşığı) otlarını qarışdırın və üzərinə 2 stəkan qaynar su tökün, 30 saat ərzində dəmləyin və gün ərzində için. Dəmləməni qəbul etdikdə bal əlavə edin.
- Aloe bitkisi çox güclü yarasağaldan və antiseptik təsir edir. Bu bitkinin yarpağını kəsin, pambıq əskiyə bükün və 2 gün ərzində soyuduca saxlayın. Daha sonra gündə 2 dəfə olmaqla qida qəbulundan əvvəl yarpağın kiçik hissəsini çeynəyin, çıxmış şirəni udun, qalanı isə tüpürün. Müalicə kursu 3 aydır.
- Çaytikanı yağı xora xəstəliyi zamanı çox uğurla istifadə olunur. 1 xörək qaşığı çaytikanı yağı sübh tezdən qida qəbulundan 1-2 saat əvvəl qəbul edin.
- Propolis (arı yapışqanı) çox təsirli vasitədir. Propolisin kiçik tikəsi ağızda sovurmaq və ya dəmləmə şəklində qəbul etmək olar. Təxminən 10 qr propolis xırda sürtgəcdən keçirilir, üzərinə 1 stəkan qaynar su əlavə olunur və vam odda bağlı qabda 10 dəqiqə ərzində qaynadılır. Daha sonra dəmləmə süzülür və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı olmaqla acqarına içilir.
- İtburnu yağı da xora və eroziyaların tez sağalmasına kömək edir. 250 qr itburnu yağına 2 xörək qaşığı sürtgəcdən keçirilmiş propolis əlavə edin, yaxşı qarışdırın və su hamamında 30 dəqiqə ərzində qarışdıra-qarışdıra bişirin. Daha sonra tənzifdən süzün. Hər qida qəbulundan 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edin.
- Bal çox güclü antiseptik və yarasağaldan xüsusiyyətlərlə tanınır. Ən sadə resept - hər gün hər yeməkdən 1 saat əvvəl 1/2 stəkan ilıq suda 1 çay qaşığı bal qarışdırın və için.
Aloe şirəsi ilə bal qarışığı da çox yaxşı vasitədir. 1/2 çay qaşığı aloe şirəsi 1/2 çay qaşığı balla qarışdırın və hər qida qəbulundan 1 saat əvvəl qəbul edin./Saglamolun/
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:28