Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Xəzərdə üç Azərbaycan vətəndaşına atəş açıldı

Bu gecə Xəzərin Qazaxıstana aid hissəsində üç Azərbaycan vətəndaşı brakonyerliyə görə saxlanılıb.

Bu haqda Qazaxıstanın Sərhəd Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, brakonyerlər “Bayda” tipli qayıqda olublar və Kulalı adası yaxınlığında aşkar ediliblər. “Sərhədçilərin dayanmaq tələblərinə brakonyerlər reaksiya verməyiblər, onlara qarşı silah işlədilib. Silah tətbiqi zamanı xəsarət alan olmayıb” deyə məlumatda bildirilir.

Saxlanılanlardan nərə cinsinə aid 94 balıq və brakonyerlik alətləri aşkar olunub. Qazaxıstan hüquq-mühafizə orqanları 3 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumatlandırılıb./virtualaz/
899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06