Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Keşlə bazarı və Dəmiryolu stansiyası sökülür

Bakının Nərimanov rayonunda yerləşən Keşlə bazarı və Keşlə Dəmiryolu Stansiyası söküləcək

Artıq Dəmiryolu stansiyasının texniki binasında avadanlıqların köçürülməsi prosesinə başlanılıb.

Yaxın vaxtlarda Dərnəgül yol qovşağından Əzizbəyov stadionu istiqamətində körpünün tikintisi ilə əlaqədar həmin ərazidə söküntü işlərinə başlanılacaq.

Məsələ ilə bağlı “Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzNews.az-a açıqlamasında həmin ərazidə yolun çəkiləcəyini dolayısı ilə təsdiqləyib. ASC rəsmisi qurumun orada hələ ki, heç bir iş aparmadığını, lakin yaxın gələcəkdə layihə olarsa işlərə başlanıla biləcəyini söylədi. Hazırda belə bir layihənin olmadığını deyən P.Mürsəliyev məsələnin hələ reallaşmadığını bildirib:

“Orada yol çəkiləcəyi və bunu hansı şirkətin yerinə yetirəcəyi təxmini bəlli idi. Amma bizə aidiyyatı olan məsələ deyil. Ümumiyyətlə biz Həsən Əliyev küçəsinin sonundan ora yol çəkiləcəyini deyirdik. Ancaq hələ ki, yolun həmin hissəsinin layihəsi yoxdur. Buna görə də hara söküləcək, necə olacaq məlum deyil. Əvvəlcə layihə hazırlanır. Layihə hazır olduqdan sonra bilinir ki, yolun keçdiyi hissədəki maneələr hansıdır. Layihə hazır olandan sonra bilmək olar ki, doğrudan da Keşlə bazarı tikinti altına düşür, yoxsa yox. Layihə olmadan danışmaq çox çətindir. Düzdür, vaxtilə Böyük Şor qovşağı ərazisində söküntülərimiz olub. Orada yaşayan insanlara bazar qiymətlərinə uyğun kompensasiya verilib. Hazırda orada köməkçi yollar, bağlantı yollar, yol ötürücüləri, tunellər tikilir. Amma Keşlə bazarına gəldikdə onun bizə heç bir aidiyyatı yoxdur”,-deyə Pünhan Mürsəliyev bildirib.
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı