Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Yardımlıda ara yenə qarışdı

İcra başçısı iş adamını rayondan qovdu, Ramiz Cəbrayılovun öyrətdiyi fəhlələr isə etiraza qalxıblar

Yardımla rayonunun icra başçısı Sevindik Hətəmovla iş adamı Ramiz Cəbrayılov arasındakı narazılıq pik həddə çatıb. Bir müddət əvvəl tərəflər arasında 300 min manat məsələsinə görə mübahisə yaranmışdı.

Belə ki, Ramiz Cəbrayılovun rəhbəri olduğu «Supra» şirkətinə rayon mərkəzində su və kanalizasiya xətlərinin çəkilməsi ilə məşğul olur. Bu zaman işlərin normal səviyyədə aparılmaması, habelə dövlət büdcəsindən ayrılmış pulun vaxtında ödənilməməsi narazılığa səbəb olmuşdu. 300 min manatlıq bir kəsir səbəbindən icra başçısı ilə subpodratçı arasında narazılıq yaranmışdı.

Hətta bu yaxınlarda Sevindik Hətəmovla Ramiz Cəbrayılovun görüşdüyü və rayon rəhbərinin iş adamına bir qəpik də pul verməyəcəyini dediyi vurğulanırdı. Məlumatlarda qeyd olunurdu ki, Hətəmov Cəbrayılovdan qısa müddətdə işlərini görüb, başa çatdırmasını tələb edib.

Lakin dünən məlum olub ki, Yardımlının icra başçısı Sevindik Hətəmov şirkət rəhbəri Ramiz Cəbrayılovu rayondan qovub. Hətta rayonun kəndlərində məktəb tikintisi işlərini də həyata keçirən Cəbrayılovun işləri təhvil verməsi tələb olunub. Elə vəziyyət də bundan sonra pisləşməyə başlayıb.

Məktəb, su və kanalizasiya tikintisində çalışan fəhlələr nəyin baş verdiyini bilməsələr də, Cəbrayılov onlara yön verməyə başlayıb. İddia edilir ki, 3 aydır maaşlarını ala bilməyən fəhlələr problemin İcra Hakimiyyətindən qaynaqlandığını düşünərək, etiraz etməyə sövq edilir. Daha doğrusu, Ramiz Cəbrayılov onlara deyib ki, əgər Sevindik Hətəmov pulu verməsə, onların maaşlırını ödəmək mümkün olmaacaq. Elə buna görə də, şirkət rəhbəri tikinti işlərində çalışanları İcra Hakimiyyətinin qarşısına yığmaqla, bu şəkildə götürdüyü işlərə davam etmək və icra başçısından pulunu almaq niyyətinə düşüb./jam/
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı