Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

İŞİD kimyəvi silaha əl atdı (Foto)

Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyi Suriyanın İŞİD terror qruplaşmasının hücum etdiyi Kobani şəhərinə 200 nəfərlik peşmərgə göndərəcək.

Bu barədə Kürd Muxtariyyətinin qapalı iclasına qatılan İraq Türkmən Cəbhəsindən olan millət vəkili Aydın Maruf məlumat verib. Onun sözlərinə görə, peşmərgə silahlıları ən müasir silahlarla təhciz olunacaq:

"Məsud Bərzaninin tələbi və Türkiyənin dəstəyi ilə peşmərgə Kobaniyə göndəriləcək. Peşmərgə dəstəsi Kobaniyə Suruc yolundan istifadə etməklə keçəcək".

Bu arada anti-İŞİD koalisyası Kobanidə terror qruplaşmasının mövqelərini bombalayıb. Hazırda küçə döyüşlərinin getdiyi Kobani şəhərində İŞİD-in kimyəvi silahdan istrifadə etdiyi bildirilir.

PKK-nın Suriya qolu olan PYD-dən verilən açıqlamada bildirilir ki, İŞİD onlara qarşı qaza bənzər zəhərli maddədən istifadə edib.

Hazırda şəhərin şimal şərq hissəsində PYD ilə İŞİD arasında şiddətli döyüşlər gedir.

ABŞ kəşfiyyat təyyarələri şəhər üzərində uçuşlar həyata keçirdiyi və İŞİD-in tez-tez mövqelərini dəyişdiyi bildirilir.
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19