Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Almaniyanın vəhhabi qorxusu çin olur

Almaniya rəsmiləri sələfilərin ölkədə təbliğat apardığını və insanları cihada səslədiyini müəyyən edib.

Sələfilərin gənc qızlar arasında xarici ölkələrdə cihada getmələri üçün təbliğat apardıqları bəlli olub. Təhlükəsizlik orqanları sələfilərin insanlara pulsuz “Qurani Kərim” payladığını müəyyənləşdirib.

Almaniya Müsəlmanlar Şurasının sədri Ayman Mazyek isə ölkədəki müsəlmanları radikallara qarşı mübarizəyə çağırıb.

Ölkənin hüquq-mühafizə orqanları Suriya və İraqda cihada gedən ikisi qız olmaqla altı nəfərin olduğunu müəyyənləşdirib.

Almaniyanın daxili işlər nazirliyi cihadçı qızlardan birinin Suriyaya getməzdən əvvəl şəriət qaydalarına görə evləndirildiyini açıqlayıb. Qızın həyat yoldaşının da Suriyaya döyüşmək üçün getdiyi bəlli olub.

Almaniyanın şərqində yerləşən Əl Rəhman məscidinin sələfilərin təsir dairəsində olduğu müəyyənləşib. Gənclərin təsirə düşməsində məscid imamının moizələrinin də böyük rolunun olduğu bildirilir.

Almaniya hüquq-mühafizə orqanları isə ölkədəki radikal sağcıların sələfilərə qarşı hücuma hazırlaşdıqlarını və böyük bir mitinq keçirəcəklərini müəyyənləşdirib./axar/
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31