Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

İŞİD-ə ağır zərbə vuruldu

İŞİD terror qruplaşmasının hərbi təyyarələri məhv edilib.

Bu barədə danışan Suriyanın informasiya naziri Ümran əl-Zubin deyib ki, İŞİD-in ələ keçirdiyi təyyarələr ordu qüvvələri tərəfindən sıradan çıxarılıb:

"Suriya silahlı qüvvələri 2 təyyarəni məhv edib, üçüncüsünün isə qalıqları axtarılır".

Qeyd edək ki, Londonda fəaliyyət göstərən Suriya İnsan Haqqları təşkilatı İŞİD-in 3 döyüş təyyarəsi ilə Hələbin şimalında təlim keçdiyi barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Səddam Hüseyn dövründə İraq ordusunda xidmət edən zabitlərin bir neçəsinin rəhbərliyi altında təlim keçir./ans/
1004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16,