Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

Leyla Yunus Kürdəxanıya qaytarıldı

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib:

“Leyla Yunus istintaq hərəkətlərinin həyata keçirilməsi üçün müvəqqəti olaraq MTN-in təcridxanasına köçürülmüşdü. Bu gün vəkil Cavad Cavadov onunla görüşmək üçün MTN-ə gedib. Ona bildiriblər ki, Leyla xanım artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb”.

Leyla Yunus iyulun 30-da həbs edilib. Həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus isə avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Arif Yunus tutulandan bəri MTN təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır. Lakin oktyabrın 20-də Leyla Yunus da MTN-in istintaq təcridxanasına aparılmışdı.
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber