Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Kanada parlamentinə silahlı hücum edən şəxsin kimliyi bəlli oldu

Kanada parlamentinin binasında atışma törədən şəxsin kimliyi müəyyənləşdirilib. Cinayətkarın Kanada vətəndaşı, 1982-ci il təvəllüdlü Kvebek sakini Mişel Zihaf-Bibo adlı şəxs olduğu ehtimal olunur.

Qeyd edək ki, ov tüfəngi ilə silahlanmış şəxs fəxri qarovul əsgərini güllələyərək parlamentin binasına daxil olub. Atışma zamanı cinayətkar öldürülüb. Son məlumata görə, insident zamanı qarovul əsgəri və parlament mühafizəçisi daxil olmaqla 3 nəfər yaralanıb.

Bundan əvvəl atışmanın eyni vaxtda bir neçə yerdə baş verdiyi bildirilirdi. Yerli KİV-lər atışmanın parlamentin binasında, oteldə və “Rideau Centre” Ticarət Mərkəzində törədildiyini bildiriblər. Yerli mətbuat, həmçinin, bir neçə cinayətkarın hələ də azadlıqda olduğunu qeyd edib. Lakin, bu məlumatlar hələlik polis tərəfindən təsdiqlənməyib./apa/
993 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02