Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

İŞİD-in azərbaycanlı komandiri Kobanidə öldürüldü

"Qarabağ Partizanları"nın rəhbəri olmuş İŞİD-in azərbaycanlı komandiri Kobanidə öldürüldü

Koalisiya güvvələrinin Kobanidə həyata keçirdiyi bombardıman nəticəsində İŞİD-in komandirlərindən biri, əslən azərbaycanlı olan Rövşən Bədəlov öldürülüb.

Tabeçiliyindəki 25 nəfərlə birlikdə öldürülən 50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov əslən Tərtər rayonundandır. Onun 90-cı illərin əvvəlində Azərbaycanda Milli Azadlıq Hərəkatında iştirak etdiyi, 2001-ci ildə isə çeçen mücahidlərinə qoşularaq Pankisi dərəsində Rusiya ordusuna qarşı vuruşduğu bildirilir.

2002-ci ildə Pankisidə yaratdığı "Qarabağ Partizanları" adlı silahlı qruplaşma Azərbaycana keçərək ermənilərlə vuruşmağa cəhd edib, lakin həbs olunaraq, 10 il həbs cəzasına məhkum olunub.

2013-cü ildə həbsdən çıxan Bədəlov bir ay Azərbaycanda qaldıqdan sonra Suriyaya keçərək aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət olan "Tabu" adlı bir qrup yaradıb. Daha sonra öz qrupu ilə birlikdə IŞİD-in tərəfinə keçib.
1381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...