Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

“İŞİD” Kobanidə 700 dinc sakini mühasirədə saxlayır

“İŞİD” qüvvələrinin ələ keçirməyə çalışdığı Suriyanın Kobani şəhərinin mərkəzində 700-dək dinc sakin mühasirədə qalıb. Bu barədə jurnalistlərə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

“Yüzlərlə Kobani sakini şəhərin mərkəzini tərk edə bilmir. Onlar, təxminən, 700 nəfərdir. Onların böyük əksəriyyəti qocalardır. Bundan başqa Kobani yaxınlığında Suriya-Türkiyə sərhədində 10-12 min sakin cəmləşib. Onların əksəriyyəti “İŞİD”-in hücumlarına məruz qalmaq təhlükəsi ilə üzləşir”, deyə Fərhan Hak bildirib.

Qeyd edək ki, “İŞİD” bir aya yaxındır ki Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən Kobani şəhərini ələ keçirməyə cəhd edir. Terrorçular şəhərin bir neçə məhəlləsini və yaşayış məntəqəsinin üzərindəki strateji yüksəkliyi nəzarətə alıb.

ABŞ təyyarələrinin “İŞİD” mövqelərinə zərbə endirməsinə baxmayaraq, terrorçular xeyli irəliləməyə müvəffəq olublar./apa/
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP